Şrift:
Bakıda bayram yarmarkaları başlayıb
28.12.2013 [12:37] - Gündəm, Sosial
Bu gün Bakı şəhərində, bin neçə yerdə Yeni İl bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə yarmarkalar başlayıb.


Yarmarkalar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.



Paytaxtın Əhmədli qəsəbəsində, «Bakı» kinoteatrı yaxınlığında keçirilən yarmarkada kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak edib. O, yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsullarına baxış keçirib, alıcıları və satıcıları dinləyib. H.Əsədov bildirib ki, bir neçə gün öncə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına baxmayaraq, bu gün təşkil olunan yarmarkada qiymətlərin endiyi müşahidə etmək olar.


Son zamanlar daxili bazarda kartofun bahalaşmasına münasibət bildirən nazir qeyd edib ki, hazırda bu məhsulun 1 kq-ı 70 qəpiyə satışa çıxarılıb: «Satıcılara müraciət edərək bildirmək istərdim ki, kənd təsərrüfatı məhsullarını ucuz satsınlar. Çünki sabah qiymətlər bundan da ucuz olacaq. Məhsullarınızı yaxşı satmaq və yaxşı gəlir əldə etmək üçün onları ucuz satın».


H.Əsədov əlavə edib ki, Bakı şəhərinə kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Ona görə də yarmarkalarda ucuzluq müşahidə olunacaq. Nazir vurğulayıb ki, kartofun qiymətinin 1 manatdan yuxarı olması müvəqqəti hal olub və bu məhsulun qiyməti əvvəlki vəziyyətə qaytarılacaq.



H.Əsədov həmçinin qeyd edib ki, Bakıda keçirilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir: «Yarmarkalarda sanitariya və gigiyena qaydalarına riayət olunacaq. Onlar indikindən fərqli olaraq, üstü örtülü şəkildə təşkil olunacaq, yəni yarmarkaların keçirilməsi üçün tam əlverişli şərait yaradılacaq. Bir sözlə, yarmarkalar getdikcə təkmilləşdiriləcək».



Qeyd edək ki, satış yarmarkaları aşağıdakı ünvanlarda təşkil ediləcək:



Binəqədi rayonu:

- Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti;



Xətai rayonu:

- «Bakı» kinoteatrının yanı;



Nərimanov rayonu:

- Əliyar Əliyev küçəsi,26 («Bakı Taxıl» ASC-nin ərazisi);



Nəsimi rayonu:

- «Təzə bazar»ın ərazisi;



Səbail rayonu:

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;



Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2;

- Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;



Yasamal rayonu:

- Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed