Şrift:
Tələbələr hansı halda təqaüd ala biləcək?
28.12.2013 [13:09] - Sosial, Gənclik
Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"nı təsdiqləyib
Təhsil Azərbaycan Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"nı təsdiqləyib. Nazirlər Kabinetindən verilən məlumata görə, həmin qaydalara əsasən, orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40, qiyabi təhsilalma forması üzrə 32 həftədir.

İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri qazana bilər.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed