Şrift:
43 adda dini kitabın idxalının qarşısı alınıb
30.11.2011 [16:48] - Xəbərlər
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dinşünaslıq ekspertizasının aparılması işi mütəmadi olaraq təkmilləşdirilir və bu proses artıq kifayət qədər şəffaflaşdırılıb”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov deyib.

Komitə sədri bildirib ki, bu ilin 11 ayı ərzində 1618 adda kitaba rəy verilib, onlardan 43 adda kitabın idxalının qarşısı alınıb. Bunlardan əlavə, 167 adda dini kitabın əlyazması ekspertizadan keçirilib: “Rəyə təqdim olunan kitabların sayında kəskin artım müşahidə olunur. Bunun əsas səbəbi ekspertizadan keçmədən, qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və ölkədə çapının çətinləşməsi, bu sahəyə dövlət nəzarətinin daha da gücləndirilməsidir”.

H. Orucovun sözlərinə görə, aparılan təhlillərin nəticəsi təsdiqləyir ki, dini təyinatlı mağazalara razılıq verilməsi prosesi yekunlaşdıqdan və razılığı olmayan, daha doğrusu, qanunsuz fəaliyyət göstərən dini mağazalar bağlandıqdan sonra bu sahə, ümumiyyətlə, dini durum daha da sabitləşəcək.
Bu xəbər oxucular tərəfindən 1366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed