Şrift:
Azərbaycanın duz bazarında satılan yodsuz duzların siyahısı açıqlanıb
30.11.2011 [16:56] - Sosial
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycanın duz bazarında apardıqları yoxlamalarla bağlı mətbuat konfransı keçirib.

E.Hüseynov bildirib ki, ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması halları aşkarlanıb.

Onun sözlərinə görə, satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən müxtəlif mənbə və çirkli göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır: “Ekzotik qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara təklif olunan bu duzlar texniki istifadəyə belə yaramır. Belə duz markaları respublikanın müxtəlif bölgələrində əhaliyə satılır. Masazır duz zavodu istifadəyə verildikdən sonra keyfiyyətli “Azərduz” markasının satışa çıxarılması yod çatışmazlığı problemini qismən aradan qaldırsa da, bazarda satılan təhlükəli duzlar təhlükə mənbəyi olaraq qalır”.

AİB sədri bildirib ki, hazırda ölkənin əmtəə bazarında xarici ölkələrdən gətirilmiş, yodsuz, qiymətləri son dərəcə şişirdilmiş aşağıdakı duzlar vardır:

- Marbelle, Sea Solt, 750 gr, yodsuz;
- Gourmet Solt 200 gr, yodsuz;
- Pişevaya morskaya sol mertvoqo morya, yodsuz;
- Marsell Sea Solt 150 gr, yodsuz;
- Marsell Sea Solt, yodsuz 500 gr, yodsuz;
- Melğniüa, morskaya sol travami, 120 qr, yodsuz;
- KAMİS, Melniça, morskaya sol travami, 90 qr; yodsuz;
- Atlantika, morskaya sol, 150 qr, yodsuz;
- MEDİTERRANEAN Sea Solt Mill; 90 qr, yodsuz.

Bu duzların idxalına və satışına məhdudiyyət qoyulması üçün AİB 2 gün öncə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə, Səhiyyə Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.

Azad İstehlakçılar Birliyi əhalini duz alarkən mənşəyi bilinməyən duzları almamağa, bələdiyyələri, yol polisi və biznes qurumlarını isə bu qeyri-qanuni əməllərə son qoyulması istiqamətində konkret addımlar atmağa çağırır.
Bu xəbər oxucular tərəfindən 2464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed