04.01.2014 [04:36] - Xəbərlər, Hadisə
Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb.
Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə 1 yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.

Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |