04.01.2014 [10:39] - Gündəm, Hadisə
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, 3 yanvar 2014-cü ildə saat 22.50-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Qarasu-Padar mənzilinin 390-cı km-də yük qatarının 7 vaqonu relsdən çıxıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb:
"Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Yatarı" MMC-nin Hacıqabul, Yevlax bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib. Saat 07-15-də qatarların hərəkəti, bir yollu olmaqla, bərpa edilib. Baş vermiş hadisə nəticəsində hər iki istiqamətdə sərnişin və yük qatarlarının hərəkətində gecikmələr qeydə alınır".
N.Əzməmmədov qeyd edib ki, hazırda hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |