Şrift:
Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda dəmiryolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb.
04.01.2014 [11:58] - Xəbərlər, Hadisə
FHN-nin rəsmi saytı xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş aidiyyəti qurumlar məlumatlandırılıb. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcədə digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed