Şrift:
Gürcüstan sovet və Rusiya helikopterlərindən tamamilə imtina edir
06.01.2014 [16:11] - Gündəm, Borçalı
2014-cü ildə Gürcüstanın Müdafiə Nazirliyi sovet və Rusiya helikopterlərinini əsasən ABŞ helikopterləri ilə dəyişəcək. "Sinxua" agentliyinin verdiyi məlumata görə, bu bəyanatla Gürcüstasnın müdafiə naziri İrakli Alasaniya çıxış edib.
İ.Alasaniya bildirib ki, Gürcüstanın hərbi birləşmələrinə məxsus parklarındakı helikopterlər əsasən, ABŞ helikopterləri ilə əvəzlənəcək, lakin bunun üçün digər ölkələrlə də danışıqlar aparılacaq. Bu ölkələrin sırasında Fransa da var.
Nazirin sözlərinə görə, sovet və Rusiya helikopterlərinə xidmətin göstərilməsi və onların təmir olunması çox baha başa gəlir. Həmin helikopterlərin ehtiyat hissələrinin alınması Gürcüstan üçün maliyyə baxımından demək olar ki, mümkün deyil.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hələ 2010-cu ildə köhnə və etibarsız Rusiya heklikopterlərinin yeniləri ilə əvəz olunmasına ehtiyacın yarandığını bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 1053 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed