07.01.2014 [09:53] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Suriya münaqişənin nizamlamasına dair konfransda iştirakını müzakirə edəcəklər.
Bunu BMT-nin rəsmi nümayəndəsi Farxan Xak bəyan edib.
“ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov yanvarın 13-də görüşəcəklər. Ümidvarıq ki, İranın konfransda iştirakına dair razılaşma əldə ediləcək”, - deyə F. Xak bildirib.
Onun sözlərinə görə, BMT baş katibi Pan Gi Mun İranın konfransa dəvət edilməsini dəstəkləyir, lakin son qərarı “Cenevrə-2” konfransının təşəbbüskarları olan ABŞ və Rusiya verməlidir.
Suriyadakı vəziyyətə həsr olunmuş beynəlxalq konfrans yanvarın 22-də İsveçrənin Montrö şəhərində başlayacaq. Bir gün sonra isə rəsmi Dəməşq və müxalifət nümayəndələri Cenevrədə beynəlxalq müşahidəçilərin iştirakı ilə münaqişənin nizama salınması yollarını müzakirə edəcəklər.

Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |