Şrift:
Azərbaycan müdafiə təyinatlı məhsulların ixracını genişləndirir
07.01.2014 [10:50] - Gündəm, Hərb
“2014-cü ildə məhsul ixracı artacaq və nəzərdə tutulan rəqəmə çatacağıq”
Hərb Azərbaycanda istehsal olunan məhsullara çox böyük maraq vardır. Müdafiə Sənayesi Nazirliyinin (MSN) müxtəlif ölkələrdə bir neçə məhsul üzrə beynəlxalq tenderlərdə iştirak etməsi və qalib gəlməsi bunu sübut edir. Hazırda həmin məhsulların ixracı istiqamətində təşkilatı işlər aparılır.

Məlumata görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, Azərbaycan müvafiq sahə üzrə məhsullarını əsasən Türkiyə, İordaniya və digər ölkələrə ixrac edir. 2013-ci ildə ixracın səviyyəsi 2012-ci illə eyni olub. Lakin MSN üç məhsulun beynəlxalq tenderlərdə qalibi olduğundan ümidvarıq ki, 2014-cü ildə məhsul ixracı artacaq və nəzərdə tutulan rəqəmə çatacağıq.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed