Şrift:
Azərbaycan, Gürcüstan və Ermənistanda aparılan sosioloji sorğunun nəticələri açıqlanıb
07.01.2014 [12:09] - Gündəm, Sosial
Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin Azərbaycan, Gürcüstan və Ermənistanda apardığı sosioloji sorğunun nəticələri açıqlanıb. “Azadlıq” radiosunun məlumatına görə, 2012-ci ilə aid sorğuda suallardan biri rüşvətxorluğun vəziyyəti olub. Azərbaycanda rəyi öyrənilən hər 5 nəfərdən biri (20,1%) son 12 ayda rüşvət verdiyini etiraf edib. Son 1 ildə rüşvət verdiyini deyənlərin sayı Gürcüstanda 1,5%, Ermənistanda 6,4% olub.

“Yemək almaq üçün nə qədər tez-tez borc istəməyə məcbur olursunuz” sualına “heç vaxt” cavabını ən çox Ermənistanda veriblər: 47,3%. Azərbaycanda sorğuya qatılanların 40,1, Gürcüstanda isə 36,5%-i bu cavabı səsləndirib.

“Kommunal xidmətləri ödəmək üçün nə qədər tez-tez borc almalı olursunuz” sualına Ermənistanda 62,9%, Azərbaycanda 52,2%, Gürcüstanda 47,6% “heç vaxt” deyib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed