Şrift:
Azərbaycanın iri yatağında qızıl ehtiyatları artacaq
08.01.2014 [15:57] - Gündəm, İqtisadiyyat
"Anglo-Asian Mining plc" şirkəti (Azərbaycanda qızıl istehsalçısı) "Gədəbəy" qızıl mədəni üzrə qazma proqramının ilkin nəticələrini açıqlayıb. Nəticələr qızılın yüksək konsentrasiya zonasının real ölçüsünü aşkar edib. Onun uzunluğu güman edilən 400 metri ötüb. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Ümumi həcmi üç min metr olan qazma işləri hələ də davam edir. Bundan başqa, əlavə sahənin daha konkret cizgilərini əldə etmək üçün xüsusi geofiziki proqram reallaşdırılacaq. Onun həyata keçirməsi 2014-cü ilin ikinci rübünə nəzərdə tutulub. Bu addım həmçinin yatağın sərhədlərinin şərqə doğru 1,5 kilometr genişlənilməsinin imkanlarının üzə çıxardılmasının hədəf olacağı sonrakı qazma planlarını optimallaşdırmağa kömək edəcək.
Şirkətin baş direktoru Rza Vəzirinin sözlərinə görə, yeni qızıl sahələrinin aşkar edilməsi "Gədəbəy" yatağının qızıl mədənlərinin böyük sisteminin bir hissəsi olması haqqında nəzəriyyəni təsdiq edir: "Yeni kəşfin ümumi ölçüsü hələlik məlum deyil. 2014-cü ildə planlaşdırılmış yatağın işlənməsi proqramı əlavə resursların həcmini aşkar edəcək, "Gədəbəy" yatağının ömrünün uzadılmasını mümkün edəcək".
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed