Şrift:
ABŞ Senatı Kiyevi sanksiyalarla hədələyib
08.01.2014 [16:03] - Gündəm, Siyasət
ABŞ Senatı Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmaması fonunda Ukrayna xalqına dəstək ifadə edən qətnamə qəbul edib. Bu barədə Ukrayna KİV-i ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payettə istinadən xəbər verir.
Səfir "Twitter" səhifəsində yazıb: "ABŞ Senatı ötən gecə Ukrayna xalqına dəstək haqqında qətnamə qəbul edib".
Qətnamədə ABŞ Senatı Aİ və Birləşmiş Ştatlar liderlərini Ukraynada siyasi böhranın həllində aktiv işləməyə, eləcə də Ukrayna hökumətini dinc nümayişçilərə qarşı güc tətbiqindən imtina etməyə çağırıb. Senat buna bənzər hadisələrin təkrar olunacağı təqdirdə Ukrayna hökuməti nümayəndələrinə sanksiyalar tətbiq edilə biləcəyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed