Şrift:
Azərbaycanda məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydaları təsdiq edilib
08.01.2014 [16:22] - Xəbərlər, Sosial
Azərbaycanda məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydaları təsdiqlənib. Nazirlər Kabinetinin müvafiq qərarı çərşənbə günü rəsmi mətbuatda dərc edilib.
Qaydalara görə, informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı, tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal edilmiş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərinin müəyyən olunması zamanı yalnız məlumat daşıyıcısı vasitəsinin öz qiyməti və ya dəyəri nəzərə alınır.
Sənəddə deyilir ki, gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ var. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz.
Bəyannaməçi məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərarla razılaşmadıqda, yuxarı gömrük orqanına və ya məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed