Şrift:
Bakı Metropoliteni sərnişindaşıma problemini həll edir
08.01.2014 [17:04] - Xəbərlər, Sosial
Yaxın vaxtlarda Bakı Metropoliteni "28 May" stansiyasının "qırmızı" və "yaşıl" xətlərə ayrılması layihəsini reallaşdırmağa başlayacaq.
Metropolitenin rəsmi saytı məlumat verir ki, iki qola ayrılma layihəsi iki il ərzində seçilib və işlənib. Onun hazırlanması zamanı əsas üstünlük sərnişinlərin maraqlarına və layihənin ən qısa müddətdə yerinə yetirilməsinə verilib.
Bu layihə ilə bağlı əcnəbi ekspertlərin rəyinin alınması 2013-cü ildə həyata keçirilən işlərin uğurlu tərkib hissələrindən biridir.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed