Şrift:
Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək
09.01.2014 [12:00] - Gündəm, Sosial
Bakıda binaların bir-birinə çox yaxın şəkildə tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və insanların sağlamlığına da ciddi zərbə vurur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, Bakıda bir-birinə yaxın, çoxmərtəbəli binaların tikilməsi qəbuledilməzdir: "Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bunun hesabına mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından çox pis, təhlükəli məqamdır".
Şöbə müdirinin fikrincə, bunun bir səbəbi həmin binaları inşa edən "sahibkarların" az yerdən daha çox gəlir götürmək məqsədilə tikinti normalarını pozmasıdırsa, digər səbəbi də vətəndaşların şəhərsalma və birgəyaşayış normalarına bələd olmamasıdır.
C.Qocayevin sözlərinə görə, problemin yaranmasında bəzi dövlət qurumlarının da böyük günahı var.
Komitə sözçüsü bildirib ki, çoxmərtəbəli binaların bir-birinə çox yaxın şəkildə tikilməsinə yol verilməməsi paytaxtın müfəssəl planının konsepsiyasında da nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed