Şrift:
«İnama Doğru» dərgisinin 40-cı sayı çıxdı
11.01.2014 [03:48] - Gündəm, Bildiriş
Mütləqə İnam Ocağının aylıq «İnama Doğru» dərgisinin 40-cı sayı işıq üzü görüb. Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Ocaq tarixi ilə 35-ci ilin Sərt ayındakı (dekabr 2013) Ocaq işlərini əhatə edən dərginin baş yazısı «Ruhani Mərkəzdə Bəşərilik Bayramı» adlanır.
«Tamam başqa dünya»: bu adda müsahibə İnamçımız İlahə Cəfərova Ucaruh tərəfindən 15-ci ildə (1994) «Molodyoj Azerbaydjana» qəzeti üçün götürülüb. Yazıda Atanın kapitalizm-din münasibətlərinə, əsl həyatın kamilləşmədən sonra başlaması, Ocağın yaranması qaçılmazlığı, Lev Qumilyovun konsepsiyasına münasibət, fəlsəfədə od obrazı və başqa məsələlərə özünəməxsus münasibətini bildrir.
Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun dərginin bu sayında 3 yazısı oxuculara sunulur. «İçərişəhər Bataqlığı» uyarısında yalançı Ocaqçılığın sabahsızlığı sübut olunur: «O bataqlıq suçların, suçluların öz keçmişlərini Yel dəyirmanında üyüdüb, Saman altda basdırmaq məqsədi güdür».
«Deyir – demə və ya sahib-əz-zaman» harayında insansızlıq çeşidlərinə qarşı ruhani müqavimət gərəkliyi, «Ailə və Salta İnam amalı» içsəsində dünyanı bürüyən ailəsizliyin salt ruhsal özül üstə – Yavaş Yaşam tərzi ilə qurulmaqla xilas yolu göstərilir.
«İnam Ata Gəlişinin müjdəçisi» yazısı rəssam Əzizbalaya həsr olunub.
«Ocaq Yükümlüsü İşıqlı Atalı İlqar Salmanlını kutlayıb», «İnamçımız Türkayı kutlama» yazıları Ocağın ömürləşməsi gedişlərini təsdiq edir.
«Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının Bəşərilik Bayramı Kutlaması» ulusal haray kimi sunulur, insanların xilası Mütləqə İnam Ruhaniyyatında görülür.
Asif Azərellinin «Qoy sizin kimi düşünənlərin sayı çox olsun» yazısı Azərbaycan rəssamının İnama aydın, özümlü baxışıdır.
«Mütləqə İnam Ocağı hər şeyə aiddir, hər şeylə əlaqədardır» yazısında ötən ayın sonunda Ocağın Ruhani Mərkəzində keçirilən Ocaq ailələrinin toplantısından danışılır.
Mütləqə İnam Ocağının tanınmış Evladı, ruhaniyyatçı-filosof Yolruh Atalının «Mədəniyyət – Din», «Həzz – İztirab» içsəslərində insanlığın Mütləqə İnam dünyabaxışı ölçüsündə qavramı canlı yaşam əsasında ifadə olunur, zaman məntiqindən yüksək Ocaq məntiqiylə sübutlanır.
«Biz xalqımıza doğma ruhaniyyat yaradıcılarıyıq» yazısında Sərt ayının 27-də Ocağın Ruhani Mərkəzində keçirilmiş Kutsal Ruhani Səfər günü mərasimi haqqında danışılır.
Həmişəki kimi zəngin Ocaq yaşamının ifadəsi olan «İnama Doğru» dərgisinin bu sayında «İşıqlı Atalı Dağıstan Türklərinin tarixi ilə bağlı toplantıda iştirak edib», «Ocaq Yükümlüsü İşıqlı Atalının Azərbaycan rəssamları ilə yaradıcılıq söhbətləri olub», “«Kutsal Quruculuq» Ağsu şəhər Mərkəzi kitabxanasına verilib”, «Ocaq Yükümlüsü İşıqlı Atalı Pişəvəri hərəkatı mövzusunda toplantıda iştirak edib», «Ocaq Kitabları Sumqayıt şəhər Mərkəzi kitabxanasına verilib», «Ocağın Ruhani Başçısı Safruh Səxavət Məmmədova həsr olunmuş toplantıda çıxış edib», «Ocaqçılar Uluruh Atalını ziyarət ediblər», «Ocaq soraqları» kimi yazılar yer alıb.
Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed