01.12.2011 [12:42] - Mədəniyyət
“Azərbaycan ərazisində Qafqaz Albaniyası dövrünə aid olan yüzlərlə abidə mövcuddur. Onların arasında 207 daşınmaz xristian abidəsi var. Əhəmiyyət dərəsinə görə onlardan 3-ü dünya, 70-i ölkə və 134-ü yerli əhəmiyyətli abidə kimi qeydə alınıb və dövlətimiz tərəfindən qorunur”. Bu sözləri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Bakıda keçirilən Qafqaz Albaniyasının tarixinə və mədəniyyətinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib. O bildirib ki, Azərbaycan ərazisində olan bütün abidələrin, o cümlədən Qafqaz Albaniyasına aid abidələrin reyestri hazırlanır: “Digər dinlərlə yanaşı, xristian dininə aid abidələrin və kilsələrin bərpası istiqamətində də işlər aparılır”.
S. Məmmədəliyeva qeyd edib ki, Qafqaz Albaniyası abidələrinin bərpası, Qafqaz Albaniyasına dair filmin çəkilişi və bu abidələrin UNESCO-nun dünya irsi siyahısına təqdim edilməsi nəzərdə tutulur.
S. Məmmədəliyeva qeyd edib ki, Qafqaz Albaniyası abidələrinin bərpası, Qafqaz Albaniyasına dair filmin çəkilişi və bu abidələrin UNESCO-nun dünya irsi siyahısına təqdim edilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 2592 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |