01.12.2011 [13:05] - Mədəniyyət
“Azərbaycanda udinlərin yaşadığı Qəbələ rayonunu Nij kəndinin Azərbaycanın digər mədəniyyət məkanları ilə yanaşı, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahıya salınması təklif edilir.
Bu məqsədlə artıq müvafiq sənədlər təşkilata göndərilib, hazırda bu istiqamətdə danışıqlar aparılır”. Bunu mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Bakıda keçirilən Qafqaz Albaniyasının tarixi və mədəniyyətinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
S. Məmmədəliyeva Vatikan arxivlərində Azərbaycan tarixinə aid materialların araşdırıldığını da bildirib: “Mədəniyyət və Turizm Nazirliyi ilə Vatikanın müvafiq qurumu arasında imzalanmış müqaviləyə əsasən, nazirlik tərəfindən Vatikan arxivlərində olan, Azərbaycan tarixinə və Qafqaz Albaniyası dövrünə aid bütün materiallar araşdırılacaq. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri həmin ölkəyə dəfələrlə ezam edib və hazırda bu proses davam etdirilir”.

Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |