11.01.2014 [16:38] - Gündəm, Güney Azərbaycan-Təbriz
Ev dustaqlığında saxlanılan İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubinin partiyası yenidən rəsmən fəaliyyətə başlayacaq. "Fars" agentliyinin verdiyi məlumata görə, bunu partiyanın sədr müavini Rəsul Müntəcəbniya deyib.
O bildirib ki, "Etimade-Milli" partiyasının qurultayı keçiriləcək və partiya öz fəaliyyətinə yenidən başlayacaq: "Bir neçə ildir ki, partiya fəaliyyətini dayandırıb və heç bir qurultay keçirmir. Ölkənin daxili işlər naziri son müşavirəyə "Etimade-Milli" partiyasını da dəvət etmişdi və biz yenidən fəaliyyət üçün qərar vermişik".
2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.

Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |