01.12.2011 [16:46] - Xəbərlər
İranın energetika nazirinin müavini Məhəmmədrza Əttarzadə ötən gün Tehranda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. Görüşdə iki ölkə arasında su elektrik stansiyalarının tikilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışılıb. Bu barədə İran Nazirlər Kabinetinin rəsmi saytı dolat.ir məlumat verir.
Məlumata əsasən, görüşdə Xələfov Azərbaycan hökumətinin Xudafərin su bəndinin müştərək tikilməsi və istifadəsi sahəsində İranla əməkdaşlıq müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirib.
Xələfov Araz çayının su və enerji potensialından istifadə sahəsində iki ölkənin əməkdaşlığının qənaətbəxş olduğunu deyib və bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Əttarzadə öz növbəsində, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |