Şrift:
Obama İrana tətbiq olunan sanksiyalar barədə danışıb
13.01.2014 [11:40] - Güney Azərbaycan xəbərləri, Siyasət
"İran ilk dəfə zənginləşdirilmiş uran ehtiyyatlarını məhv edəcək və bəzi nüvə obyektlərini sökməyə başlayacaq"
ABŞ prezidenti Barak Obama yanvarın 20-dən etibarən İranın zənginləşdirilmiş uran ehtiyyatlarını məhv etməyə başlayacağını bildirib. Obama açıqlamasında, keçən ilin noyabrında əldə olunan razılıq çərçivəsində bunun, İranın nüvə proqramının inkişafını dayandıran əhəmiyyətli addımlar kimi qəbul ediləcəyini bildirib.

“İran ilk dəfə 20 yanvardan etibarən zənginləşdirilmiş uran ehtiyyatlarını məhv etməyə və bu istiqamətdəki bəzi nüvə obyektlərini sökməyə başlayacaq. İran, zənginləşdirmə gücünü yeni sentrifuqlardan istifadə edərək məhdudlaşdırmağı da qəbul edib. Bu ölkədəki nüvə obyektlərinə tez-tez baxış keçirmək bütün dünyaya İranın öhdəliklərini yerinə yetirməkdə olduğunu göstərmək imkanı yaradacaq. Bunların hamısı birlikdə dəyərləndirildiyində bizim İranın nüvə silahı əldə etməsinin qarşısını almaq hədəfimizdə irəliləyiş qeydə alınacaq”.

Barak Obama bildirib ki, bunun qarşılığında ABŞ və "altılıq" ölkələri İrana qarşı tətbiq olunan sanksiyaları yumuşaltmağa səy göstərəcəklər. Obama həmçinin vurğulayıb ki, öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrana qarşı tətbiq olunan sanksiyalar gücləndiriləcək.

“Bu razılaşma ilə konkret irəliləyiş əldə etdik. Bu addımı razılıqla qarşılayıram. İndi bütün diqqətimiz İranın nüvə proqramı ilə əlaqədar təşvişlərimizə qarşı problemin həllini əhatə edən fəaliyyətin üzərindədir. Bu hədəfə çatmağın çox çətin olacağını bilrəm. Amma milli təhlükəsizliyimiz, dünyada sülh və təhlükəsizliyin təsisi üçün diplomatiyaya şans vermək vaxtıdır”.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed