13.01.2014 [14:07] - Gündəm, Bildiriş
Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının Mər¬kəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr etmişdir. Nəşrin tərtibçi müəlli filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbatda və ayrı-ayrı məc¬mu¬¬ə¬lərdə dərc olunmuş elmi məqalələri və b. daxil edilmişdir. Gös¬tə¬ricidə materiallar bir neçə bölmədə təqdim edilmişdir: Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Görkəmli döv¬lət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haq¬qında; Əsər¬lə¬rinin biblioqrafiyası; Dissertasiyalara elmi rəh¬bərlik; Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat; Veb¬li¬oqrafiya.
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əliza¬də¬nin “Böyük insan, unudulmaz alim” adlı məqaləsində, akademik Əhli¬¬man Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və icti¬mai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ic¬ti¬mai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib. Biblioqrafik-göstərici Akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.

Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |