14.01.2014 [13:18] - Gündəm, Türk dünyası-Turan
O, iki ölkə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb
Türkmənistan prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) “Şeyxülislam” ordeni ilə təltif olunub.Məlumatına görə, bu barədə sənəd QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən yanvarın 10-da imzalanıb.
Sənəddə deyilir:
Bismillahir – Rəhmanir – Rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi Dini Şurası qərara alır:
Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin qorunması işinə ali diqqət və qayğısına, Türkmənistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə, “Şeyxulislam” ordeni ilə təltif olunur.
Qeyd edək ki, dünən 13 yanvar 2014-cü ildə Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərinə, Bakıdan başda Bütün Qafqazın Şeyxi Həzrəti Şeyx Ul İslam Allahşükür Paşazadə olmaqla rəsmi nümayəndə heyəti yola düşüb. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Ağsaqqallar Şurasının Sədri və Azərbaycan Milli Məclisinin Deputatı cənab Mir Fəttah Heydərov, Azərbaycan Milli Məclisinin digər Deputatları YAP Partiyasının Rəhbərliyini təmsil edən cənab Mübariz Qurbanlı, Milli Məclis Komissiyasının üzvü Deputat cənab Cavanşir Paşazadə, ANS Yayım və Media Şirkətlər Qrupunun Prezidenti cənab Vahid Mustafayev və digər vəzifəli şəxslər daxildir.
Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.
1979-cu ildə Türkmən Dövlət Tibb İnstitutunun ilk öncə "Stomatologiya" fakültəsini, sonradan isə aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb.
1990—1995 illər — "Terpapevtik stomatologoya" kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun "Stomatologiya" fakültəsinin dekanı.
1995—1997 illər — Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri.
1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.
2001-ci ildən etibarən — Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq edib və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.
11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.
Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib.
"Qalxınma", "Prezident ulduzu", "Müstəqil Türkmənistana olan böyük sevgisinə görə" ordenləri, "Vətənə sevgiyə görə", "Türkmənistan müstəqilliyinin 11 illiyinə görə", "Altın Ay" medalları ilə təltif edilib.

Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |