Şrift:
Armud, şabalıd, qoz bahalaşdı, qoyun əti, bal ucuzlaşdı
14.01.2014 [13:53] - Sosial
Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb

Azərbaycan Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının istehsalçı qiymətləri 5,0 faiz ucuzlaşıb. Arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobya dəninin 2,2 faiz, kartofun 3,5 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.

Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, qozun 3,7 faiz, fındığın istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb. Limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, naringinin istehsalçı qiymətləri isə 17,5 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Südün istehsalçı qiymətləri 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,5 faiz bahalaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed