01.12.2011 [17:14] - Xəbərlər
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan kütləvi məzarlıqların axtarılıb tapılması ilə bağlı Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə danışıqlar aparır. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini bildirib.
Onun sözlərinə görə, danışıqlar istər kütləvi, istər fərdi qəbirlərin xəritəsinin çəkilməsi, yerinin müəyyənləşdirilməsi istiqamətində aparılır: “Bu çox vacib məsələdir. Çünki artıq o insanların basdırılmasından 17 ildən çox vaxt keçib. Bu kütləvi qəbirlərin harada olduğunu bilən, həmin kəndlərdə yaşayan əhali, din xadimləri var. Bu insanlar hələ sağdırlar. Onlar sağ ikən həmin məlumatları əldə etmək lazımdır”.
Qeyd edək ki, gələn ildən BQXK Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarışı ilə bağlı yeni layihəyə start verəcək. Layihə itkin düşən şəxslərin axtarışının DNT analizləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |