Şrift:
Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanıb
15.01.2014 [12:14] - Gündəm, Hərb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Fransaya rəsmi səfəri başa çatıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı müdafiə naziri Fransanın hərbi rəhbərliyi və bu ölkənin müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.



Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.


Yanvarın 14-də Zakir Həsənov səfəri başa vuraraq vətənə dönüb.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed