15.01.2014 [12:32] - Gündəm, Sosial
Fevralın 1-dən “ASAN Xidmət”in səyyar avtobusları Bakıda da xidmət göstərməyə başlayacaq
Fevralın 1-dən ilk dəfə olaraq “ASAN Xidmət”in səyyar avtobusları Bakıda da vətəndaşlara xidmət göstərməyə başlayacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bu gün keçirilən mətbuat konfransında deyib ki, vətəndaşlar mərkəzlərə gəlmədən səyyar avtobuslardakı xidmətlərdən yararlana biləcəklər. Onun sözlərinə görə, “ASAN Xidmət”in səyyar avtobuslarında xidmətlər qanunvericiliyə uyğun olaraq pullu olacaq. İ.Kərimov qeyd edib ki, yalnız hərəkəti məhdud olan əlillər və sağlamlığı məhdud uşaqlara bu xidmətlərdən tam pulsuz olaraq istifadə edəcəklər.
İ.Kərimov vurğulayıb ki, 2014-cü ildə ilk növbədə “ASAN Xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: “Bu il regionlarda 4-5 mərkəzin açılması nəzərdə tutulub. Bu ilin mart ayında Sabunçu rayonunda 4 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün yaşayış limiti aradan qaldırılacaq və qeydiyyat yerindən asılı olmayaraq Bakı sakinləri, Sumqayıt və Abşeron da daxil olmaqla istədikləri “ASAN Xidmət” mərkəzlərinə müraciət edə biləcəklər. Mart ayından etibarən bölgələrdə də yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaq”.
Agentliyin sədri qeyd edib ki, bəzən vətəndaşlar hər hansı bir sənədi almaq üçün bir ay və ya müəyyən bir müddət gözləməli olurlar. Amma “ASAN Xidmət” mərkəzlərində bu məsələlər 1 gün və ya 5 dəqiqəyə həll edilir.

Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |