Şrift:
Azərbaycan Rusiyaya qazın nəqlini dayandırıb
15.01.2014 [12:45] - Gündəm, İqtisadiyyat
Bu barədə Rusiyanın «Qazprom» şirkəti məlumat yayıb.



Məlumata görə, təbii qazın verilişi texniki səbəblərə görə yanvarın 13-dən səhər saat 10:00-dan dayandırılıb. Qazın verilişinin bərpa olunacağı tarix isə məlum deyil.



Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan qaz keçidlərinin olduğu Bakı-Rusiya sərhədi avtomobil yolu boyunca təmir işlərinin aparılması ilə əlaqədar Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Qazın verilişinin bərpa olunacağı tarix isə hələlik məlum deyil.



Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin «Qazprom» şirkəti ilə 2009-cu ildə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi Rusiyaya gündəlik 3 mln. kubmetr qaz nəql etməlidir.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed