16.01.2014 [09:10] - Gündəm, Mədəniyyət
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda açılacaq yeni televizya kanalının fəaliyyət istiqamətinə aydınlıq gətirib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında deyib ki, yeni televiziya kanalının əsasən bölgələrdə baş verən proseslərin işıqlandırması nəzərdə tutulur: "Bu, Azərbaycan Respublikasının bütün ərazisində yayımlanacaq bir televiziya kanalı olacaq. Biz çox istəyirik ki, Azərbaycanın bölgələrinin inkişafına daha çox diqqət verən, ümumi fəaliyyətini bölgələrə istiqamətləndirən bir televiziya kanalı olsun"
N.Məhərrəmli əlavə edib ki, çox təəssüf ki, indiki televiziya kanallarında bölgə həyatı, yəni rayonlardakı proseslər kifayət qədər işıqlandırılmır.
Qeyd edək ki, ötən gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.

Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |