Şrift:
Azərbaycanda ailə quran kimsəsiz gənclərə ev veriləcək
16.01.2014 [15:13] - Sosial
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavələr layihəsi hazırlanır

Azərbaycan Azərbaycanda uşaq evindən sonra 18 yaşını tamam etmiş valideyn himayəsindən məhrum, kimsəsiz gənc ailə qurduğu təqdirdə, icbari olaraq evlə təmin olunacaq.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Ailə, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavələr layihəsi hazırlanır.

Layihəyə əsasən, ailə quran valideyn himayəsindən məhrum, kimsəsiz böyümüş gəncə respublikanın müvafiq şəhərlərində tikilən yeni binalardan bir mənzil veriləcək. Bununla bağlı layihədə dövlət tərəfindən xüsusi güzəştlər ayrılacaq və binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə müəyyən məsuliyyət qoyulacaq.

Layihənin bu il hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed