Şrift:
20 yanvar bir çox ölkədə anıldı
21.01.2014 [09:08] - Gündəm, Diaspor
20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı Təbrizdə, Böyük Britaniyanın mərkəzi Londonda, Kanadanın Toronto şəhərində, Almaniyanın paytaxtı Berlində və dünyanın digər şəhərlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qanlı 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib, faciəyə dair şəkillər, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar faciəsini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlər nümayiş etdirilib. Tədbirlərin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ehsan süfrəsi açılıb. Qeyd edək ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxıb dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed