22.01.2014 [10:05] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran Suriya üzrə beynəlxalq «Cenevrə(Jenev)-2» konfransında iştirak etməyəcək. Bu xəbər isə BMT baş katibi Ban Ki Muna istinadən yayılıb. Məlumatda İran tərəfinə göndərilən dəvətin ləğv ollunduğu bildirlir. BMT-dən yayılan məlumata görə «Suriya münaqişəsinin tənzimlənməsi prosesində İranla BMT arasında fikir ayrılıqları var». İran İslam Respublikaının BMT-dəki səfiri isə dəvətin ləğv edilməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini deyib.
Qeyd edək ki, bir müddət öncə Suriya müxalifəti İranın «Cenevrə-2» konfransına dəvət ediləcəyi təqdirdə həmin konfransda iştirak etməyəcəyini bəyan etmişdi. Suriyanın müxalif inqilabi qüvvələrinin milli koalisiyası yalnız dəvətin ləğvindən sonra danışıqlarda iştirak edəcəyini bildirmişdi. Ekspertlərin fikrincə müxalifətin bu iddialarının nəzərə alan BMT baş katibi İranın konfransa dəvətini ləğv edib.

Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |