02.12.2011 [12:11] - Xəbərlər
İsrailin İranla bağlı hazırda heç bir irimiqyaslı planı yoxdur. Bunu İsrailin müdafiə naziri Ehud Barak yerli radiolardan birinə İranla mümkün müharibə barədə danışarkən deyib. Onun sözlərinə görə, İsrail yaxın gələcəkdə İrana hücum etməyə hazırlaşmır. Lakin əvvəlki kimi İranın nüvə silahının hazırlanmasına yönəlmiş nüvə proqramının dayandırmasında təkid edir. Nazir deyib ki, İsrail sakit və asta hərəkət edəcək: “İsrailə iri müharibələr lazım deyil. Sanksiyalar İranın nüvə proqramının qarşısını ala bilsəydi, şad olardıq”.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |