22.01.2014 [10:22] - Gündəm, İdman
Qadın voleybolçular arasında 2015-ci il Avropa çempionatının II təsnifat mərhələsinin qrup oyunlarına ev sahibliyi edəcək ölkələr rəsmən açıqlanıb.Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə Azərbaycana etimad göstərib.
Belə ki, millimizin yer aldığı D qrupunun görüşlərinin I dövrəsi ölkəmizdə keçiriləcək. Qarşılaşmaların baş tutacağı şəhərin adı hələ dəqiqləşməsə də, bunun Quba olacağı da istisna deyil. Oyunlar 29 may – 1 iyun aralığında təşkil ediləcək.
Qrupumuzun ilk dövrəsi Bolqarıstanda olacaq. Bu ölkənin komandası ilə yanaşı, Yunanıstan və Portuqaliyanın da yer aldığı “dördlüy”ün matçlarına isə mayın 22-də start veriləcək.
Qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcəklər. İkinci yerin sahibləri isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, CEV bu ilin əvvəlində dünya çempionatının seçmə mərhələsini də Bakıya etibar etmişdi.

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |