02.12.2011 [12:14] - Xəbərlər
Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün İrana səfər edəcək. İran hökumətinin təşəbbüsü ilə gerçəkləşən səfər zamanı baş tutacaq görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq.
Eyni zamanda tərəflər arasında müzakirələrdə İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacaq.

Bu xəbər oxucular tərəfindən 2105 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |