22.01.2014 [17:04] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyevi təbrik edəndə bir fikir bildirmişdim ki, o, çıxışlarında strateji hədəflərini göstərəndə milli dəyərləri hər zaman ön planda tutur. Bu da məni hər zaman qane edib. Müxalifətdə olmağıma baxmayaraq, ölkə başçısının milli dəyərləri önəmsəyən davranış və çağırışlarını yüksək qiymətləndirirəm”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Prezident İlham Əliyevin regiona səfəri zamanı səsləndirdiyi “İndiki Ermənistan Azərbaycanın tarixi torpağıdır” fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkə başçısı nəinki Dağlıq Qarabağ haqqında, eləcə də əzəli torpaqların geri qaytarılmasını strateji hədəf olaraq göstərib: “Hər zaman çalışmışıq ki, ölkəmiz 50 milyonluq azərbaycanlıların dövləti kimi təqdim olunsun. Bu fikri Prezident İlham Əliyev də dəfələrlə çıxışında vurğulayır. Bunu müxalifətdə olan təşkilatlardan eşitmək biraz müşküldür, çünki özlərini xarici dövlətlərə xoş göstərmək üçün bu tip məsələlələrə toxunmurlar. Ona görə də ölkə başçısının günlük yox, strateji düşüncə sahibi olduğu və bu məsələlərin rəsmi şəxs kimi səsləndirməsini yüksək qiymətləndirirəm”.
Erməni tərəfinin son günlər atəşkəs rejimini intensive şəkildə pozmaları məsələsinə də aydınlıq gətirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü F. Quliyev bildirib ki, Ermənistandan bundan artıq hərəkət gözləmək mümkün deyil: “Dövlət siyasətimizin əsasını münaqişənin dinc yolla həllini və ədalətli status-kvonun bərpasını təmin etmək təşkil edir. Lakin bu tək bizim istəyimiz olaraq qalır. Görünür, Ermənistan və onun ağaları bu formada geri çəkilmək istəmirlər. Bir sözlə, onlar problemin dinc yolla həllinin tərəfdarı deyillər. Dövlət rəhbərimiz çıxışlarında dəfələrlə bəyan edib ki, məsələnin həllində mümkün variantlardan istifadə edilməlidir. Hesab edirəm ki, artıq Ermənistanın limit bitib və beynəlxalq təşkilatlar qarşısında konkret vaxt qoyulmalıdır ki, məsələ tezliklə öz həllini tapsın. Əks halda, ermənilərin atəşkəs rejimini pozması adət halını almaqda davam edəcək. Çünki Ermənistan danışıqlarda heç vaxt maraqlı olmayıb. Onlar əvvəlcədən təcavüzü planlaşdıran dövlət olub. Özünün strateji hədəfi kimi Böyük Ermənistan dövlətini yaratmaq istəyi durur. Xatırlatmaq lazımdır ki, həmin ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Buna görə də onların Azərbaycanın işğal olunan torpaqlardan xoşluqla çıxmazı gözlənilən deyil. Baş verənləri nəzərə alıb, Dağlıq Qarabağ probleminin həll olunması yalnız hərbi yolla mümkündür”.
Samirə Abdullayeva sia.az saytı

Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |