Şrift:
İsraildə Qara Yanvar/FOTOŞƏKİL
22.01.2014 [18:03] - Gündəm, Diaspor
Son vaxtlar İsrail ictimaiyyətini daha çox dost Azərbaycanın müasir tarixi ilə bağlı məlumatlanır. İl ərzində İsraildə keçirilən Azərbaycan Günləri çərçivəsində yəhudi dövlətinin sakinlərinə Azərbaycan haqqında geniş məlumat verilir və Azərbaycanın mədəniyyətindən, tarixindən, müasir siyasi reallıqları haqqında bəhs edilir.
Heydər Əliyev Fondunun dəstəyi və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Aziz" və Hayfa Universiteti yanında İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə Mərkəzin təşkilatçılığı ilə qanlı 20 yanvar hadisələrinin Anma axşamı keçirmişdir İl. Faktiki olaraq, Qanlı yanvar faciəsi İsraildə ilk dəfə bu səviyyədə keçirilmişdir. Qeyd edilmişdir ki Sovet ordusunun antihumanist hərəkətləri nəticəsində azərbaycanlılarla yanaşı yəhudilər, ləzgilər, ruslar və tatarlar həlak olub.
Qalina Qayduk bildirib ki, onun bacısı qızı - on altı yaşlı Vera Bisantina snayper atəşi nəticəsində öz evində olarkən həlak olub. Tibbi yardım həkimi Aleksandr Marxevkanın qohumları, qeyd ediblər ki 24 il keçsə də onlar bu ağır itkidən özlərinə gələ bilmirlər. Şəhid Yan Yana Meeroviçin hanımı - Valentina öz başsaölığını bütün Azərbaycan xalqına çatdırılmasını xahiş etdi və kədərlə qeyd etdi ki həmin vəhşi qırğın gecəsində onun əri Yan Meeroviç azərbaycanlı dostları ilə bərabər qanlı yanvarın qurbanı oldu."Yan Azərbaycanı və Azərbaycan xalqını dünyalar qədər sevirdi"
Anma axşamı zamanı tanınmış kinorejissor Andrey Konçalovskinin "Hakimiyyət Yükü" filmindən ivrit dilnə tərcümə edilmiş bir hissə nümayiş etdirilərək həmin dəhşətli "qara yanvar" günlərinə qaytardı. Bakının küçələri adamla dolu idi, ağlayan insanlar, şəhərə Sovet ordusunun tankları daxil olurdu, Azadlıq meydanında isə iki milyonluq matəm mərasimi keçirilmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskva nümayəndəliyinə gələrək, Sovet ordusunun vəhşilikləri kəskin pisləyir və Bakıda Vətəninə və dinc insanlara atəş açmağa əmr verən Sovet İttifaqının hərbi və siyasi rəhbərliyini ittiham edir. Ümummilli lider Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Hayfa Universitetinin mərkəzi zalında fotoşəkillərindən ibarət sərgi keçirilmişdirş Bu sərgi "Aziz" Assosiasiyasının nümayəndəsi, Azərbaycanda fotoqraf işləmiş Boris Dobin tərəfindən çəkilmişdır.Bu şəkillərdə sərgi iştrakçıları dağıdılmış avtobuslar və təcili yardım maşınları,iki milyonluq dəfn mərasimi, Azərbaycan xalqının şəhidlərini gördük. Bu şəkillər gələcək nəsillərə Azərbaycan xalqının müstəqillik yolunda dəhşətli və qanlı hadisələr haqqında bir xatirədir. Boris Dobin Heydər Əliyev Fonduna Qanlı Yanvar hadisələrinə həsr olunmuş 67 foto kolleksiyasını bəxş etdi.
Tədbirdə İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə mərkəzin direktoru, doktor Soli Şaxvar çıxış edib qeyd etdi ki Qanlı Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda həm qanlı və eyni zamanda şərəf və qürur səhifəsidir. Doktor Soli Şaxvar "Aziz" Assosiasiyasının rəhbərliyinə bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirmişdir. Mərkəzin elmi əməkdaşı Emil Abramov bildirib ki, Mərkəz Azərbaycan tarixinin öyrənilməsi ilə məşğuldur və Azərbaycan-İsrail münasibətlərinin inkişafı ilə bağlı birgə projelərin keçirilməsində marağlıdır. İsrail Azərbaycan Beynəlxalq Assosiasiyanın nümayəndələri Yeganə Salman, Arye Qut və Mehman Quliyev 20 yanvar tarixində Sovet rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açdılar, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırdı.
İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL

İsraildə Qara Yanvar/FOTOŞƏKİL
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed