23.01.2014 [10:50] - Gündəm, İdman
Klubun dünən keçirilən yığıncağından sonra rəsmi internet saytı vasitəsilə yazılı bir şərh yayımlanıb
"Fənərbağça" əzəli rəqiblərinə təşəkkür edib.Türkiyə mətbuatının verdiyi məlumata görə, klubun prezidenti Əziz Yıldırımın rəhbərliyi ilə dünən Şükrü Saracoğlu stadionunda bir araya gələn klub rəhbərliyi son proseslərlə bağlı iclas keçiriblər. Son hadisələrlə bağlı qərar qəbul etmək üçün sabah təkrar toplanmağı qərarlaşdırıb. Yığıncağdan sonra klubun rəsmi internet saytı vasitəsilə yazılı bir şərh yayımlanıb:
"Əvvəlcə prezidentimiz Əziz Yıldırıma verdiyiniz bənzərsiz dəstəyə görə Divan və Konqres üzvlərimizə, böyük "Fənərbaxça" tərəfdarına, ölkəmizin dörd bir yanından məsafə güdmədən böyük dəstək verən dərnəklərimizə təşəkkür edirəm. Həmçinin rəng və rəqabət ayrı-seçkiliyi güdmədən Əziz Yıldırıma dəstək olan, başda "Beşiktaş" olmaq üzrə "Qalatasaray" və digər klub tərəfdarlarına dərin minnətdarlığımızı bildiririk. Bununla belə "Fənərbaxça" həssas və bir o qədər də əhəmiyyətli bu proses haqqında yekun qərar verə bilmək üçün yenidən konfrans keçirəcək".
Xatırladaq ki, Türkiyədə 5-ci cəza dairə məhkəməsi “Fənərbağça” futbol klubunun danışılmış oyunlar ittihamı ilə həbs edilmiş prezidenti Əziz Yıldırım haqqında həbs qərarı çıxarıb. Aziz Yıldırım 3 il 8 ay 15 gün həbsdə yatacaq. İndiyə kimi o, 1 il həbsdə olub. Eyni zamanda, o, “Fənərbağça” futbol klubunun prezidenti vəzifəsini də itirib.

Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |