Şrift:
Türkiyədə daha 470 polis vəzifəsindən kənarlaşdırıldı
24.01.2014 [10:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə daxili gərginlik səngimək bilmir. «Rüşvət və korrupsiya əməliyyatından sonra vəzifəsindən kənarlaşdırılan polislərin sayı durmadan artır.

Halkalı gömrüyündə keçirilən əməliyat zamanı 30 gömrük əməkdaşı və fabrik müdirləri saxlanılıb. Səbəb kimi Çindən idxal olunan maların qanunsuz ölkə ərazisinə buraxılması göstərilir. Gömrükdəki qaçaqmalçılığa görə dövlətə dəyən zərərin 30 milyon dollar həcmində olduğu iddia edilir.

Bu arada rüşvət və korrupsiya əməliyyatlarından sonra polislərin vəzifələrindən kənarlaşdırılması prosesi davam etdirilir. Dünən Ankaranın müxtəlif polis bölmələrində çalışan 470 polis zabiti vəzifəsindən kənarlaşdırılıb. Onların bəzilərinə qarşı cinayət işinin açılacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed