Şrift:
Gəncədə yeni ailə quran şəxs intihar edib
02.12.2011 [12:28] - Hadisə
Azərbaycanın Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün “Sevinc” qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Qəribov Mehman Kamil oğlu özünü “Sevinc” qəsəbəsində yaşadığı evin həyətində ağacdan asaraq intihar edib. Onun ağacdan asılmış meyitini həyat yoldaşı aşkar edib. İntihar edən şəxsin yeni ailə qurduğu bildirilir.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed