26.01.2014 [14:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı
İran prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi qeyri-fars xalqların ana dilində təhsil məsələsindən danışıb
İran prezidentinin milli və dini azlıqlar üzrə köməkçisi, keçmiş təhlükəsizlik naziri Əli Yunisi jurnalistlərə açıqlamasında ölkədə qeyri-fars xalqların ana dilində təhsil məsələsindən danışıb.
Əli Yunisi deyib ki, İrandakı xalqların öz ana dilində təhsil ala bilməsi məsələsinə baxılır: “Hazırda ölkədə başqa-başqa dillərdə, o sıradan da Xuzistan əyalətinin ərəbdilli əhalisinin ana dilində təhsil alması məsələsi gündəmdədir. Biz təhsil naziri ilə görüşlərimizdə problemin həlli üçün müəyyən bir proqramın işlənilib hazırlanması qərarına gəlmişik. Təhsil Nazirliyi xalqların öz ana dillərində lazım olan mərhələyə qədər təhsil ala bilməsi məsələsi haqda bir proqram hazırlamaqdadır”.
Xatırladaq ki,İranda uzun illərdəın bəri yanlız fars və erməni dillərində təhsilə icazə verilir: «1980-ci ildə qəbul olunan İran konstitusiyasının 15 və 19-cu maddələrində göstərilir ki, İranda bütün xalqlar və etnik azlıqlar öz ana dillərində təhsil almaq hüququna malikdir və dövlət bu şəraiti bütün xalqlara yaratmağa borcludur. Lakin həmin qanunun qəbulundan 33-il keçməsinə baxmayraq bu günə qədər icra olunmayıb və bu 15-19-cu maddələrin icrasını tələb edən soydaşlarımız rejim tərəfindən həbs olunraq ağır işkəncə və təziqlərə məruz qalmaqdadır».Son günlər İran prezidenti Həsən Ruhaninin etnik və milli azlıqlar üzrə mavini keçmiş təhlükəsizlik naziri Əli Yunesinin bu məsələni gündəmə gətirməsi maraqlıdır: «Məncə iran rejimi Həsən Ruhanini liberal bir şəxs kimi göstərmək üçün sözdə belə gedişlər edəcək, amma əməldə bu məsələ icra olunmayacaq.
Məlum olduqu kimi İranda qeyri fars millətlər öz ana dilində təhsil almaq üçün uzun illərdən bəri mədəni firmada mübarizə aparır, lakin onların bu tələbi rüjim tərəfindən çox radikal formada qarşılanır və nəticədə indiyə qədər minlərlə milli fəal həbs olunaraq ağır işkəncə, həbs və təzyiqlərə məruz qalıb. İran rejimi əgər həqiqətən bu məsələni çözmək istəyirsə ilk növbədə həbsdə olan milli fəalları dərhal azad etməli və ana dilində təhsil tələb edən insanlara qarşı məhkəmə qərarlarını ləğv etməlidir. Bunu xatırladım ki, İranın milli təhlükəsizlik şurası dəfələrlə bu məslələrlə əlaqədar öz münasibətini bildirib və qeyd edib ki, İranda qeyri fars xalqlara, özəliklə də türklərə öz ana dilində təhsil hüququ tanımaq İranın ərazi bütövlüyünə ciddi təhlükə yarada bilər. Bu səbəbləri nəzərə alaraq, mən, inanmıram ki, təməli fars millətçiliyi üzərində qurulan bu rejim qeyri farslara hər hansı bir milli hüquq versin. Ola bilər ki, müvəqqəti olaraq bir proqram hazırlansın, amma sonradan həmin proqram naməlum vaxta qədər dayandırılsın. Xatəmi prezident olan zaman bu məsələni gündəmə gətirdi, lakin onun hakimiyyəti zamanı İranda qeyri farsların milli fəaliyyətlərinə qarşı inanılmaz formada basqılar oldu və bir çox tanınmış milli fəal şübhəli şəkildə öldürüldü. Bu ssenaridə ona çox oxşayır. Unutmaq lazım deyil ki, Əli Yunesi təhlükəsizlik naziri olan zaman iranda şübhəli qətllər və müxalif düşərgəyə qarşı həbs və terror əməliyatları çox vüsət almışdı. Belə bir adamın bu məsələyə əl atması çox təhlükəli bir ssenaridən xəbər verir».
Bir nəfər də olsun həbsdə olan milli fəal əfv olunmadı
İranın ali lideri Əli Xamneyi 878 nəfərin əfv olunması barədə fərman imzalayıblakin onların arasında bir nəfər də olsun həbsdə olan milli fəal yoxdur.
Bu fərman İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə imzalanıb.
İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 878 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranda müxtəlif adlar altında fərqli ittihamlarla həbs edilən məhbuslar ara-sıra əfv edilir. Hətta keçən aylarda bir neçə siyasi məhbus da azad edildi. Lakin azad edilənlər arasında hələki Azərbaycanın vəya qeyri farasxalqların mədəniyyəti uğrunda fəaliyyət göstərən, ama siyasi ittihamnlarla həbs edilən soydaşlarımıza rast gəlinmir. Hətta son zamanlar azərbaycanlı ictimaii və mədəni fəallara qarşı təzyiqlər və həbslərin artması mətbuatı izləyən hər kəsə aydındır. Bütün sahələr kimi azərbaycanlılar məhkəmə sistemi və cəzalar qanununda da ayrı-seçkilik siyasətindən amanda deyillər, əksinə İran rejiminin qeyri fars millətlərə qarşı təqib və təziqləri davam etməkdədir. Mənbələrimizin verdiyi məlumata əsasən, Güney Azərbaycanın Ərdəbil şəhərində klassik kafe kimi tanınan Alma kafesi İran Kəşfiyyat Nazirliyi tərəfindən qapadılıb.
Yanvarın 23-də ETTELAAT məmurları həmin kafeye gedib və iş yerinin qapadılması ilə bağlı hökmü onun sahibinə veriblər. Bu şəkildə tanınmış kafe qeyri-müəyyən müddətə qapadılıb.
Qeyd edək ki, son illərin təcrübəsi göstərib ki, İranın təhlükəsizlik qüvvələri milli-mədəni fəalların toplaşdığı iş yerlərini bağlayır və bu kimi yerlərin sahiblərinə təzyiq edir. “Alma” kafesində ötən “21 Azər”-ın (Milli Hökumətin Qurulması Günü) növbəti ildönümü münasibəti ilə mərasim keçirilib. Bundan sonra kafenin sahibi ETTELAAT idarəsinə çağırılıb və hədələnib. Hətta “Alma” kafesinin sahibinə ETTELAAT-la əməkdaşlıq etmək də təklif olunub. Lakin bu təklif bütün təzyiqlərə baxmayaraq soydaşımız tərəfindən rədd edilib.
Ehtimal edilir ki, “Alma” kafesinin qapadılması qeyd etdiyimiz hadisə ilə bağlı olsun.
Bununla yanaşı Güney Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əlizadə Təbrizin mərkəzi zindanına intiqal edilib.
İran Kəşfiyyat Nazirliyi məmurları tərəfindən yaxalanan fəal son günlərdə Təbrizin mərkəzi zindanına köçürülüb. O, ETTELAAT təcridxanasında saxlanıldığı müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb.
Milli-mədəni fəalın dosyesinə tutulduğu gündən bəri Təbrizin inqilab və ümumi prokurorluğunun 20-ci şöbəsində baxılıb. Lakin məlumata görə onun dosyesinə artıq insan haqlarını pozmaqda məşhur olan Həsən Haşimzadə baxacaq… .
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal Hüseyn Əlizadə Təbrizdə 2013-cü il dekabrın 25-də İran Kəşfiyyat Nazirliyi məmurları tərəfindən tutuqlanıb. Məmurlar fəalın iş yerinə hücum edib və onu yaxaladıqdan sonra naməlum istiqamətə aparıblar. Sonra məmurlar azərbaycanlı fəalın evinə gedib və evdəkilərə qorxulu anlar yaşadaraq məhkəmə hökmü göstərmədən axtarış aparıblar. Axtarış nəticəsində milli-mədəni fəala aid bir sıra şəxsi əşya zəbt olunub.
Təbrizdə fəaliyyət göstərən bir şirkətdə mütəxəssis kimi çalışan H.Əlizadə bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə hədələnib.
Güney Azərbaycanlı milli-mədəni fəal İbrahim İsməili barəsində çıxarılan həbs hökmünün icrasına başlanıldı. İ.İsməili yanvarın 11-də məhkumluq müddətinin qalan hissəsini çəkmək üçün Təbriz zindanına salınıb.
Qeyd edək ki, azərbaycanlı fəal bir neçə il öncə həbs olunub və İran Kəşfiyyat Nazirliyi təcridxanasına aparılıb və sorğu-suala tutulmuşdur. O,Təbrizin inqilab və ümumi prokurorluğunun 4-cü şöbəsi tərəfindən qövmçü qrupların xeyirinə təbliğ, Azərbaycan Cümhuriyyətinə casusluq və həmin ölkəyə İran vətəndaşlarından casus cəlb etmə kimi qondarma ittihamlarla suçlanmışdır. Sonra müttəhimin dosyesi Təbriz məhkəməsinin 3-cü şöbəsində göndərildi və bu şöbə milli-mədəni fəalı Azərbaycan Cümhuriyyətinə casusluq ittihamı ilə 1 il həbsə məhkum edib və 10 il Azərbaycan Respublikasına səfər etmək hüququndan məhrum etmişdir.
Məhkəmə fəala digər iki itihamdan bəraət qazandırmışdır. Məhkəmə hökmü sonralar Apelyasiya Məhkəməsi tərəfində də təsdiqlənmişdir. Ölkənin Ali Məhkəməsi tərəfindən yenidən baxılma tələbi isə ümumiyyətlə rədd edilmişdir. Bu şəkildə vəkilləri qane edən heç bir hüququ dəlil olmadan azərbaycanlı fəal 1 il həbsə məhkum edilib və zindana salındı. Xatırladaq ki, adını çəkdiyimiz fəal bir neçə dəfə və o da qisa bir müddət Azərbaycan Cümhuriyyətində səfərdə olub. Onun məqsədi bu səfərdən yalnız təhsilini davam etdirmək olub.
Lakin ETTELAAT və onun göstərişi ilə qərar çıxaran Məhkəmə sistemi adını çəkdiyimiz fəalı ədalətsiz bir şəkildə cəzalandırıb.
Urmu gölü etirazları zamanı tutuqlanan Əli Xeyrcu Ərdəbil vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib.
Ə.Xeyrcu bundan öncə rejimin siyasi orqanlarına tabe məhkəmə sistemi tərəfindən 5 il həbs cəzasına məhkum edilmişdir.
Qeyd edək ki, bütün bunlar İran hökumətinin Urmu gölü etirazları ilə bağlı tutulanlar təqib olunmayacaqlar- iddiasının boş olduğunu göstərməkdədir.
İranın Enerji naziri Həmid Çitçiyan deyib ki, İran Parlamenti Xəzər dənizindən kanal vasitəsi ilə suyun ölkənin mərkəzi ərazilərinə və Urmiyə gölünə ötürülməsini nəzərdə tutan layihənin icrasına razılıq verib.
Çitçiyan deyib ki, artıq Xəzər dənizindən suyun ötürülməsini nəzərdə tutan layihənin icrası üçün büdcədən maliyyə vəsaiti də ayrılıb.
O əlavə edib:
“Urmiyə gölünün probleminin həlli məqsədilə Urmiyə Gölünün Nicatı Komitəsi yaradılıb və Prezidentin birinci müavini İshaq Cahangiri həmin komitənin sədridir.
Urmu gölünün bərpası üçün iki fikir mövcuddur. Bəziləri sədd tikməyin əleyhinədir. Bəziləri də nəyin bahasına olursa olsun sədd tikməyə israr edirlər. Bizim fikrimizcə hər iki baxış da yanlışdır. Əgər sədd də tikilməsə sular hədər olacaq və həmin sulardan əkinçiliyin inkişafına istifadə edilməməsi də düzgün deyil”.
Qeyd edək ki, Urmiyə gölünün qurtarılması ilə bağlı uzun illərdir mübarizə gedir. Millətimizin mübarizə əzmi İran rəhbərliyini dəfələrlə vəd verməyə məcbur edib və müsbət vədlər verilib. Lakin hətta rəsmi şəxslərin açıqlamalarına görə bu günə qədər heç bir əməli addım atılmayıb. Bu vəziyyətin haraya qədər davam edəcəyini şübhəsiz ki millətimizin mübarizə iradəsi təyin edəcək.
İranın ərəblər yaşadıqı Xuzistan vilayətinin mərkəzi Əhvaz şəhərində 45 ərəb həbs edilib.
Məlumata görə, yanvarın 19-da günortadan sonra yerli şair Molla Fazil Səkraninin anım mərasimindən üç avtobusla qayıdan gənclər İran polisləri tərəfindən Əhvaz-Fəlaçiyə (Şadegan) yolunda saxlanıblar. Onların hamısı həbs edilərək Əhvaz şəhərinin mərkəzi Karun həbsxanasına köçürülüblər.
Məlumata görə, mərasimə qatılanların içərisində siyasi və mədəni fəaliyyətlərinə görə vaxtilə tutulanlar var. Onların həbsinə səbəb isə mərhum şairin anma mərasimində kütləvi şəkildə iştirak etmələridir. Saxlanılanların hamısının ad və soyadı açıqlanıb.
İranda daha 7 nəfər edam edilib
İranda 7 məhbus həbsxananın həyətində asılaraq edam edilib.
Yanvarın 23-də edam edilən məhbuslar qətl törətməkdə və narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunublar.
Bu barədə Kirmanşah prokuroru açıqlama verib. O deyib ki, edam olunan məhbuslardan 5-i 102 kq narkotik maddənin daşınmasına, 2 nəfəri isə törətdikləri qətl hadisəsinə görə ölüm cəzasına məhkum olunublar.
Qeyd edək ki, İranda Həsən Ruhani prezidentlik postuna gəldikdən sonra edamların sayında kəskin artım müşahidə olunur. Hətta bu barədə beynəlxalq təşkilatlar da öz narahatlıqlarını bildiriblər.
Bu arada İran Suriya üzrə beynəlxalq «Cenevrə (Jenev) -2» konfransında iştirak etməyəyi gündəmə gəlib. Bu xəbər isə BMT baş katibi Ban Ki Muna istinadən yayılıb. Məlumatda İran tərəfinə göndərilən dəvətin ləğv ollunduğu bildirlir. BMT-dən yayılan məlumata görə «Suriya münaqişəsinin tənzimlənməsi prosesində İranla BMT arasında fikir ayrılıqları var». İran İslam Respublikaının BMT-dəki səfiri isə dəvətin ləğv edilməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini deyib.
Qeyd edək ki, bir müddət öncə Suriya müxalifəti İranın «Cenevrə-2» konfransına dəvət ediləcəyi təqdirdə həmin konfransda iştirak etməyəcəyini bəyan etmişdi. Suriyanın müxalif inqilabi qüvvələrinin milli koalisiyası yalnız dəvətin ləğvindən sonra danışıqlarda iştirak edəcəyini bildirmişdi. Ekspertlərin fikrincə müxalifətin bu iddialarının nəzərə alan BMT baş katibi İranın konfransa dəvətini ləğv edib.
BMT-ni bu qərarına İran rəsmilərini çox narahat edib və onlar bildiriblər ki,iranın iştirakı olmadan Suriya böhranını həll etmək mümkün olmayacaq.iranın bu iddiasına baxmayaraq «Cenevrə-2» konfransında Suriya müxalifətiilə hakimiyyət arasında bəzi razılıqlar əldə olunub.
İran rejiminin ölkə əhalisini informasiya blokadasına almasına baxmayaraq əhalı bütün çətinliklərə və təziqləri göz önünə alaraq müxtəlif vasitələrdən istifadə edərək lazımı qədər sosiyal şəbəkələrdə fəaliyyət göstərirlər.Bundan narahat olar rejim rəsmiləri radikal bəyanatlar verirlər.İranın tanınmış anti Türk din xadimi Ayətollah Nasir Məkarem-i Şirazi Peyk antenası , İnternet və Mobil telefonlarının istifadəsindən narahat olduğunu bildirib.Ayətollah İranın islam təbliğı təşkilatının rəisi ilə görüşdə deyib:
“Biz elə bir zamanda yaşayırıq ki, fəsad və yoldan sapmaq üçün bütün zamanlardan daha çox vasitələr var və dünyanın bütün fəsad işləri peyk antenaları, internet və mobil telefonu vasitələri ilə əhalinin evinə daxil olur.
Biz etiraf etməliyik ki, irtibat vasitələrindən daha çox yalnış istiqamətdə istifadə edirik və bu kimi əxlaq və əqidə fəsadları dalğasının qarşısında münasib bir tədbir alınmalıdır”.
Ayətollah əlavə edib ki, “ dini və mədəni təbliğ məscidlərdə və ibtidai məktəbdən daha öncə başlanılmalıdır. Məscidlərdə bütün yaşlar və müxtəlif kəsim insanlar üçün ayrı-ayrılıqda proqramlar olmalıdır”.
Qeyd edək ki, ölkə əhalisini informasiya blokadasında saxlamağa çalışan rejim ölkədə peyk antenalarının istifadəsinə qəti qadağa qoyub və davamlı olaraq polis qüvvələri əməliyyatlar keçirir və peyk antenalarından istifadə edən vətəndaşları cəzalandırırlar. Həmçinin İnternetdə milyonlarla sayt və sosiala şəbəkələrin istifadəsinə qadağa qoyulub.
Bunlarla yanaşı Qərb dövlətlərilə barşıqa gedən iran rejimi Mərkəzi Bankında xarici banklarda dondurulmuş pulların köçürülməsi üçün xüsusi hesab açqmaqı planlaşdırır.
İranın xarici banklarda dondurulmuş pullarının bir qisimi fevralın 1-də sərbəst buraxılacaq.Iranda olan mənbələrimizin verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, həmin pulların köçürülməsi üçün İran Mərkəzi Bankında xüsusi bir hesab açılacaq.A.Əraqçı həmçinin deyib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla böyük ehtimalla Davos forumunda və ya Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşəcək.
Nazir müavini Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə davamlı təmas halında olduğunu və fikir mübadiləsi apardığını söyləyib.İranın xarici banklardakı dondurulmuş pullarından sərbəst buraxılması planlaşdırılan 4,2 milyard dollarının köçürülməsi işi üç banka tapşırılıb.Məlumata görə, bunlardan ikisinin adı məlum olub. Həmin banklar “Societe Generala” və “Standared Chartered”dir. Digər bankın adını isə hələlik dəqiqləşdirmək mümkün olmayıb.Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ölkəsinin xarici banklarda dondurulmuş pullarının bir qisminin fevralın 1-də sərbəst buraxılacağını bildirib. Onun sözlərinə görə, həmin pulların köçürülməsi üçün İran Mərkəzi Bankında xüsusi hesab açılacaq.
“Bundan sonra İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri yekun razılaşmanın əldə olunması üçün aparılacaq”.Məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında deyib.Onun sözlərinə görə, İran “altılıq” ölkələri ilə yeni yanaşma çərçivəsində apardığı nüvə müzakirələrdə özünün “qırmızı xətti”ni qoruyub saxlayıb: “Cenevrə razılaşmasına uyğun olaraq həyata keçirilən Birgə Fəaliyyət Planı ölkəmizin milli maraqlarına uyğundur. İran rəsmiləri və müxtəlif mütəxəssislərlə aparılan müşavirələrdən sonra bu istiqamətdə addım atılıb. Bundan əlavə, hər iki tərəf lazımi addımları atmaq üçün öhdəlik götürüb”.
M. Əfxəm deyib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda olarkən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonu Tehrana səfərə dəvət edib: “Bu dəvət münasib zamanda həyata keçiriləcək”.
İran XİN nümayəndəsi həmçinin vurğulayıb ki, İranın Livandakı səfirliyi yaxınlığında terror aktını təşkil edən Məcid əl-Məcidin Səudiyyə Ərəbistanı ilə əlaqəsi hər kəsə məlumdur: “İran Səudiyyə Ərəbistanından BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlara şikayət edəcək”.
M. Əfxəm yanvarın 23-də İsveçrədə Suriya böhranının həlli məqsədilə keçirilməsi planlaşdırılan beynəlxalq konfransdan əvvəl işgəncə şəkillərinin yayılmasına da münasibət bildirib: “Mən həmin fotoları görməmişəm. Ancaq Suriya konfransından əvvəl belə şəkillərin ortaya çıxması şübhə yaradır. Çünki əvvəllər də dəfələrlə gündəmə gətirilən bu məsələdən Suriya hökumətinin əleyhinə bir atmosfer yaradılması məqsədi güdülə bilər. Suriya konfransı ərəfəsində bunun gündəmə gətirilməsi təbliğat məqsədli olduğunu göstərir. Bu cür xəbər və iddiaların həqiqəti əks etdirmədiyi dəfələrlə sübut olunub”.
M. Əfxəm qeyd edib ki, İranın Suriya siyasətinin əsasında siyasi dialoq, kənar hərbi müdaxilənin yolverilməzliyi və Suriya xalqının öz gələcəyi ilə bağlı qərar vermək haqqına hörmət dayanır.
MDHP Güney Azərbaycan Departamenti

Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |