Şrift:
Tehranda yerli və erməni futbolçular arasında əlbəyaxa dava düşüb
27.01.2014 [11:27] - Güney Azərbaycan xəbərləri, İdman
İranın futbol üzrə ölkə çempionatının 24-cü həftəsi çərçivəsində Tehranın “Perspolis” və İsfahanın “Zob ahən” klubları arasında keçirilmiş oyundan sonra əlbəyaxa dava düşüb.



Yerli mənbələrimizin verdiyi məlumata görə, Tehranın “Azadi” stadionunda baş tutan qarşılaşmada paytaxt komandasının bir xalla kifayətlənməsi əsəbləri tarıma çəkib.



Görüş 1:1 hesabı ilə başa çatdıqdan sonra “Perspolis”in üç futbolçusu mətbuat konfransı keçirilməsi üçün ayrılmış ərazinin arxasında bir-birinə giriblər. Onların arasında paytaxt klubunun İran ermənilərindən olan oyunçusu Andranik Teymuriyan da olub. Mübahisə edən Qasım Həddadifər, Məhəmməd Xanzadə və A.Teymuriyan ardınca əlbəyaxa davaya keçiblər və bir-birinə qarşı fiziki güc tətbiq ediblər. Bunu eşidən rəqib komandanın futbolçusu Möhsün Bayatiniya müsahibəsini yarımçıq kəsmək məcburiyyətində qalıb. İran polisinin müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.



Qeyd edək ki, hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisi azərbaycanlı Əli Daeidir.
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed