Şrift:
Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisinin Azərbaycana rəsmi səfəri başlayıb
27.01.2014 [11:35] - Gündəm, Hərb
Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisinin Azərbaycana rəsmi səfəri başlayıb


Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatov bu gün Azərbaycana rəsmi səfərə gəlib.


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.



General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.


Şavkat Normatovun Azərbaycana rəsmi səfəri yanvarın 30-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed