Şrift:
Allahşükür Paşazadə: “Zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq şəriətə uyğun deyil”
02.12.2011 [12:52] - Xəbərlər
“Məhərrəmlik ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası olub.

Mən bir daha deyirəm ki, əgər dinə, Allaha, “Qurani-Kərim”ə hörmət edirlərsə, təziyələr İmam Hüseynin istədiyi formada keçirilsin. Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib. Şeyxülislam deyib ki, bu gün Səhiyyə Nazirliyində QMİ nümayəndələrinin də iştirakı ilə qan vermə aksiyasının təşkili ilə bağlı toplantı keçiriləcək. Onun sözlərinə görə, aksiyanın keçirilməsi üçün məscidlərdə xüsusi yerlər ayrılacaq.
Bu xəbər oxucular tərəfindən 1894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed