28.01.2014 [09:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.
(Yazının əvvəli ilə burda tanış olun: Təbrizdə daşnak silah anbarı aşkar olundu –GİZLİ TARİX)
Artıq oktyabrın 16-da M.Bağırovun təkidi ilə polkovnik Kərimov İran erməniləri və Sovet rəhbərliyinin maraqlarını ifadə edən “Tudə” Partiyasına deyil, Demokrat Partiyasına üstünlük verməyə və yeni məlumatlar ötürməyə başlayır.
F №1, siy. № 89, iş № 95 Tam məxfi
İran ermənilərinin yeni yaradılan Azərbaycan Demokrat Partiyasının münasibəti haqqında
ARAYIŞ
F №1, siy. № 89, iş № 95
Tam məxfi

“Ramkavar” partiyasının üzvü Torqosyan bildirmişdir:
“Demokrat Partiyası kifayət qədər dəyərli ideya daşıyır. Əgər o öz tələblərinin həyata keçirilməsinə nail olarsa, ermənilərin vəziyyəti kəskin şəkildə yaxşılaşacaq”.
İri sərvət sahibi Budaqyan demişdir:“Bir halda ki, Demokrat Partiyası Azərbaycanın muxtariyyəti məsələsini qoyur, şübhəsiz, biz buna hər cür yardım göstərməliyik”.
Bununla yanaşı həmçinin bəzi mənfi fikirlər də qeydə alınmışdır. Belə ki:İngilis bankının işçisi, İngiltərə vətəndaşı Tovmasyan öz fikrini belə açıqlamışdır:
“Ruslar öz qoşunlarının çıxarılması ilə bağlı olaraq İranda nüfuzlarının zəifləməsinin qaçılmazlığını əvvəlcədən görərək “Tudə” Partiyasının adını dəyişib Demokratik Partiya qoydular, onların bu partiya ilə əlaqəli olması fikrinə əsas verməmək və Azərbaycanda öz nüfuzlarını qoruyub saxlamaq üçün bura bəzi tacir və mülkədarları da daxil etdilər”.
Tanınmış daşnak Kosoyan deyib:“Ruslar gördülər ki, “Tudə” Partiyası öz hərəkətləri ilə özünün hörmətdən salıb, buna görə də onu Demokrat Partiyası adlandırdılar və bura varlıları da cəlb etmək, bununla da hökumətin diqqətini özlərindən yayındırmaq üçün proqrama bəzi dəyişikliklər etdilər. Hər halda bu partiyanın tələbləri kifayət qədər ədalətlidir və onların həyata keçirilməsində biz ermənilər də maraqlıyıq”.
İngilis bankının direktor müavini Ter-Ovanesyan demişdir:“Ermənilərin yəni Demokrat Partiyasına qoşulması səhvdir. Bu partiyaya Azərbaycan ermənilərinin adından göndərilmiş təbrik məktubu siyasi nöqteyi-nəzərdən təhlükəli addımdır. Bizim ermənilər və milli azlıq olaraq vəziyyətimiz qeyri-müəyyəndir. Biz bütün bunları dərk etməli və özümüzü loyal aparmalıyıq. Öz iştirakımızla biz Demokrat Partiyası üçün yaxşı heç bir şey edə bilməyəcəyik, çünki say baxımından heç nəyə dəymərik, ermənilər üçünsə biz ən pis vəziyyət yaradacağıq. Hətta elə ola bilər ki, gələcəkdə Demokrat Partiyası özü də “gənc türklər” kimi ermənilər üçün dəhşətli qılınca və onları təqib edən qüvvəyə çevrilsin”.
Marağada yaşayan daşnak Rostomyan deyirdi:“Biz ermənilər üçün belə partiyalarda iştirak etmək çox təhlükəlidir. Biz Demokrat Partiyasına daxil olsaq, İran hökuməti onun bütün fəaliyyətini bizim ayağımıza yazacaq və bizə divan tutmağa başlayacaq. Ərdəşir Ovanesyanın başına nə gətirdiklərini görürsünüzmü? “Tudə” Partiyasının hərəkətlərində yalnız onu ittiham edir və hesab edirlər ki, bu partiyanın bütün işinə təkcə o rəhbərlik edir və bu ancaq ona görə baş verir ki, o ermənidir. Biz öz mövcudluğumuzu qoruyub saxlamaq üçün bütün partiyalardan kənarda durmalıyıq. Bizim İrandakı mövqeyimiz onsuz da çox möhkəm deyil”. Təbrizdə dərc olunan “Antifaşist” erməni qəzeti Demokrat Partiyasının orqanı olmasa da, sistematik olaraq öz səhifələrində Azərbaycan Demokrat Partiyasını təbliğ edir.
AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ KOMİSSARI
POLKOVNİK /KƏRİMOV/
16 oktyabr 1945-ci il
Adıgözəl Məmmədov

Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |