Şrift:
Azərbaycan-Qazaxıstan arasında siyasi məsləhətləşmələr keçiriləcək
28.01.2014 [09:41] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Xarici İşlər Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, bu məsləhətləşmələr Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed