02.12.2011 [12:56] - Gündəm
İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək istəyirmiş
İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək niyyətindəymiş. Belə bir bəyanatla Almaniyanın baş prokuroru Herald Range çıxış edib. Onun sözlərində görə, İran hökuməti bununla bağlı bölgədə araşdırmalar aparırmış. Plan ABŞ-ın İrana hücumundan sonra həyata keçiriləcəkmiş. İran ABŞ-ın Almaniyadakı hərbi bazasında partlayış törətməklə bu ölkənin Tehrana hücumunun qarşısını almaq fikrində imiş. Almaniyanın baş prokuroru əlavə edib ki, hazırda İrana casusluqda şübhəli bilinən almaniyalı bir tacir həbs olunub. Həmin tacirin evində axtarış aparılıb. Yaxın günlərdə Almaniya məsələ ilə bağlı ətraflı məlumat verəcək.
İtaliya İrandakı səfirini geri çağırıb
İranın İtaliyadakı səfiri Mehdi Akoçkiyan bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. İran səfirinə Böyük Britaniyanın bu ölkədəki diplomatik korpusuna hücum ilə bağlı etiraz bildirilib. Eyni zamanda İtaliya hökumətinin bu hadisəni kəskin şəkildə pislədiyi iranlı diplomatın diqqətinə çatdırılıb və rəsmi Tehrandan bu ölkədəki italyan diplomatların təhlükəsizliyinin təmin edilməsi tələb olunub.
İtaliya xarici işlər naziri Culio Tertsi isə jurnalistlərə açıqlamasında İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq barədə qərar qəbul etdiklərini bildirib. Onun sözlərinə görə, İtaliya hökuməti Böyük Britaniya səfirliyinə hücumdan sonra İran və beynəlxalq ictimaiyyət arasında gərginlik artdığından bununla əlaqədar bu ölkədə olan vətəndaşlarına da ayıq-sayıqlığı artırmağı tövsiyə edib.
İranda hər gün 300 nəfər narkoman olur
İranda hər gün orta hesabla 300 gənc narkoman olur. Bunu dekabrın 1-də İranın Narkomaniyaya qarşı Mübarizə İdarəsinin işçisi, həkim Hadi Motəmədi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranda narkomaniyaya daha çox tələbələr və 15-17 yaşlı gənclər meyl edir. Hadi Motəmədi həmçinin deyib ki, İranda son illər ən çox boşanma halları kişilərin narkotikə aludə olması səbəbindən baş verir.
İranda yaşayan azərbaycanlılara virtual ana dili dərsləri keçirilir
İranda yaşayan azərbaycanlılar üçün virtual ana dili dərsləri keçirilir. Məqsəd bu ölkədə yaşayan və ana dilində təhsil almaqdan məhrum edilmiş azərbaycanlılara latın qrafikalı Azərbaycan əlifbasını öyrətməkdir. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü ilə dərslər hər cümə axşamı Təbriz vaxtı ilə saat 21:30-da «paltalk» proqramı vasitəsilə həyata keçirilir. Hətta bununla bağlı virtual tədris materialı da hazırlanıb. Həmin virtual dərslikdə ərəb qrafikalı əski Azərbaycan əlifbasının hərflərinin müasir latın qrafikalı Azərbaycan əlifbasının hərfləri ilə qarşılığı göstərilir və tələffüz edilərək tədris olunur.

Bu xəbər oxucular tərəfindən 1311 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |