02.12.2011 [18:14] - Hərb
Bu ilin noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Qarabağ cəbhəsində və dövlət sərhədində atəşkəs rejimi 49 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub.
Noyabr ayında ən çox atəşkəs pozuntusu cəbhənin cənubunda – Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində (31 hadisə) qeydə alınıb. Ayri-ayrılıqda Füzuli rayonu istiqamətində atəşkəs rejimi 14, Xocavənddə 11, Cəbrayılda 6 dəfə pozulub.
Atəşkəsin pozulma faktı ilə bağlı Goranboy istiqamətində 5, Ağdam istiqamətində 5, Qazax istiqamətində 4, Tərtər istiqamətində 3, Gədəbəy istiqamətində 1 fakt qeydə alınıb.
Ay ərzində atəşkəsin pozulmasına dair ən çox fakt noyabrın üçüncü həftəsində 19-27 noyabr tarixləri aralığında qeydə alınıb. Bu dövrdə cəbhənin müxtəlif istiqamətləri üzrə Azərbaycan Ordusunun mövqeləri 21 dəfə atəşə və hücumlara məruz qalıb. Qarşı tərəf bu dövrdə əsasən cəbhənin cənubunda (Xocavənd-Füzuli-Cəbrayıl cəbhəsi) aktivləşib. Bütün hallarda ermənilərin cəbhə xəttində provokasiya cəhdlərinin qarşısı alınıb, iki erməni hərbçi məhv edilib.
Qeyri-rəsmi məlumatlara görə isə, Azərbaycan Ordusunun atəşkəsi pozan düşməni susdurması nəticəsində aralarında zabit də olmaqla, qarşı tərəfin 8 hərbçisi öldürülüb.
Qeyd edək ki, APA-nın apardığı monitorinqin nəticələrinə görə, 2011-ci ilin yanvar-noyabr aylarında (11 ay ərzində) Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində və dövlət sərhədində atəşkəs rejimi 713 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36, mayda 80, iyunda 69, iyulda 68, avqustda 69, sentyabrda 119, oktyabrda 64, noyabrda 49 dəfə) pozulub. 2011-ci ilin ötən dövründə Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 15 hərbi qulluqçusu, 4 mülki sakin (2 uşaq və bir sakin minaya düşərək) şəhid olub, 21 nəfər isə (4 mülki sakin, biri minaya düşərək) yaralanıb.

Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |