Şrift:
Prezidenti Administrasiyasının rəsmisi son vaxtlar cəbhə xəttində gərginliyin artmasına münasibət bildirib
29.01.2014 [14:41] - Xəbərlər, Hərb
“Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Ermənistanın cəhdlərinə baxmayaraq, bu, mümkün deyil: “Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz: “Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin durumla üz-üzə qalıb. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir.

Ermənistan hakimiyyəti bölgədəki sülhə, təhlükəsizliyə, dövlətlər və xalqlar arasında sivil birgəyaşayış normalarına əsas maneənin məhz onun həyata keçirdiyi siyasətdən qaynaqlandığını gec-tez anlayacaq”.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed